Söz Bulaq loqosu

Şah İsmayıl Xətai

Boyun bir sərvi-rənadır güli var

XVI əsrin qəzəlləri
Boyun bir sərvi-rənadır güli var,Səmən üzrə pərişan kakili var.
Nə nazikdir cəmalın gülşəni kim,Güli-tər üzrə nazik sünbüli var.
Nə gülşəndir yüzün kim çevrəsində,Həzaran əndəlibü bülbüli var.
Necə məstü xumar olmaya çeşmin,Önündə ləblərin kimi müli var.
İnanma zülf-əhdinə, Xətai,Kim onun bir başıvü min dili var!