Ey günəş, hüsnin xəyalı, ta ki, könlümdən keçər,Qanlu yaşım nəm təki dolmuşdur ondan sərbəsər.
Nalələr kim, gecələr ta sübh olunca eylərəm,Qorxuram hicrindən anun razi-pünhanım açər.
Necə sərxoş olmasun dövrindən anun dilbərim,Nərkizi-məstaniniz kim, su kimi qanım içər.
Leyli zülfinin ğəmi qıldı pərişan əqlimi,Eylə Məcnunəm ki, Məcnun görsə həm məndən qaçər.
Çox yaşagil, çün mənə yar olmadın, ey səngdil,Bu Xətai oldu qəhrindən sənin zirü zəbər.