Ey ki, sərxoşdur du çeşmin, ləblərin peymanədir,Ol səbəbdən aşiqin daim yeri meyxanədir.
Necə ğəvvas olmayım, yaşımda kim, ol dilbərin,Ləbləri ləli-Bədəxşan, dişləri dürdanədir.
Vermərəm dünyavü üqba dövlətinə eşqini,Dünyəvü üqba mənə bir yanə, ol bir yanədir.
Sanma ey çeşmim, sənə biganədən ümmid ola,Gör nələr qıldı könül, kim, həmdəmü həmxanədir.
Bu Xətaini rəha qılmaz saçın zənciridən,Sanma kim, uslandı ol miskin, hənuz divanədir.