Söz Bulaq loqosu

Şah İsmayıl Xətai

Gəldi sürahi məclisə, rəf eyləmiş niqab

XVI əsrin qəzəlləri
Gəldi sürahi məclisə, rəf eyləmiş niqab,Nur eylədi bu məclisi-zərrinpər afitab.
Manəndi-cami-Xızr nəbidir misal ilən,Abi-həyat içindəki can bəxş edən şərab.
Qül-qül deyər mütariyə, yəni di gəl, di gəl,Baş endirir piyaləyə kim, qılma ictinab.
Məşuqi-sərvqamətü məhbubi-simtən,Tavusi-rovzə cilvə qılır, çıxmış əz-hicab,
İçmiş şərabi-ləl çü sərxoş öpər əyağ,Nəql eyləməkdə canü cigərdən dilər kəbəb.
Ayineyi-Sikəndərü həm cami-Cəm budur,İzhar edər cahani, qılur şeyxi çün şəbab.
Hər yerdə kim, otura Xətai, o hurivəş,Göydə məlayik oxuyə: "ya leytəni turab".