Zərreyi-mehrində daim, ey cəmali-afitab,Əbr yüzündən götürgil dutmagil məndən hicab.
Dur dedim yarin köyündən, ey rəqibi-rusiyah,Xəstə bülbül var ikən neylər gülüstanda ğürab?
Ey gözü nərgiz, yüzü gültək, boyu sərvi-rəvan,Ta ki, səndən ayrı düşdüm, xəstəyəm halım xərab.
Cənnəti-vəslindən ey, canım məni dur eyləmə,Mən fəraqın atəşindən çəkmişəm dərdü əzab.
Bu Xətai həqqinə dayim dutubdur çox ümid.Aqibət rəhm eylə anə saəti-yovmülhesab.