Bütpərəst oldu könül, bütxanələr küncündədir,Mən bilürmən bu dili-şeyda nələr küncündədir.
Gənci-eşq üçün vücudim şəhrini qıldım xərab,Nişə kim gəncin yeri viranələr küncündədir.
Yusifi-Kənani salmışdır zənəxdan çahinə,Zülfünə bağlı necə, divanələr küncündədir.
Cismimi tərk etdi dil, kuyində tutmuşdur məqam,Kim ki, can tərkin qılur, cananələr küncündədir.
Nərgisi-məsti-xumarın qanımı içməkliyə,Qaşların mehrabi ol məstanələr küncündədir.
Dürlü nəzmim həsrətindən, firqətindən, ey sənəm,Bəhri-çeşmim mədəni dəndanələr küncündədir.
Zahid aydır, ey Xətai, rəxti-dəstarın xanı?Qoymuşam meyçün girov, meyxanələr küncündədir.