Söz Bulaq loqosu

Şah İsmayıl Xətai

Bir əzəldən ta əbəd meydanə gəlmişlərdənüz

XVI əsrin qəzəlləri
Biz əzəldən ta əbəd meydanə gəlmişlərdənüz,Şahi-mərdan eşqinə, mərdanə gəlmişlərdənüz.
Yazmağa həqdən kəlamüllahi-natiq şərhini,Kim bəyani-elm ilən Quranə gəlmişlərdənüz.
Kainati-surəti-Rəhmani təfsir etməyə,Ruhi-qüdsi surəti-Rəhmanə gəlmişlərdənüz,
Bir müənbər türrənin küfrinə "amənna" döyüb,Həqqə təslim olmuşuz, imanə gəlmişlərdənüz.
Saqiyi-baqi əlində məst olub içməkdəyüz,Nərgisi-məstin kimi məstanə gəlmişlərdənüz.
Qeybi-mütləqdən təmaşayi-rüxi, ziba üçün,Bu şəhadət mülkinə seyranə gəlmişlərdənüz.
Ey Xətai, eydi-əkbərdir, cəmali dilbərin,Biz bu eydi-əkbərə qurbanə gəlmişlərdənüz.