Söz Bulaq loqosu

Şah İsmayıl Xətai

Dilbarə, hicrin yarasinə ləbin mərhəm düşər

XVI əsrin qəzəlləri
Dilbəra, hicrin yarasinə ləbin mərhəm düşər,Ol dişin incusi tək dəryadə həm dür kəm düşər.
Mən səninlə, dilbəra, bir əhdü peyman eyləsəm,Müddəilərnin içinə dəmbədəm matəm düşər.
Yüzini eşq əhli gər görərsə ey xubi-Xötən,Onların könlündə ğəm qayğu gedər, xürrəm düşər.
Aləmi gəzdim təmamət, görmədim hüsnin kimi,Dünyəni gəzsən xəmusin, eylə səntək kim düşər.
Bu Xətainin kəlamini eşitsə hər zaman,Ol Xötənlə Çin eli hər dəmbədəm bərhəm düşər.