Bu tübşi kim, yeri dər, ziri-padır.Fələklər çərxi anın rəhnümadır.
Həmişə xaki sanmışdır özünü,Anınçün gözlər içrə tutiyadır.
Müdəvvərdir, müsəvvərdir, münəvvər,Yer üstə sureyi-şəmsüz-zühadır.
Anın müratinə bax həqqi gör kim,Kim, ol ayineyi-giytinümadır.
Yüzü ol şəms imiş bəzm əhli içrə,Təala şanəhü, əhli-liqadır.
Anınçün olmuş anın şərbəti pak,Ki, heyvan suyilən, yüz tən nəvadır.
Xətai, şükr qıl həqq qüdrətinə,Ki, həqqin bilməyən əhli-xətadır.