Söz Bulaq loqosu

Şah İsmayıl Xətai

Dilbəra, mehrin əzəldən sidqilə canımda var

XVI əsrin qəzəlləri
Dilbəra, mehrin əzəldən sidqilə canımda var,Ondan özgə kimsə yoxdur, həm bilür pərvərdigar.
Bu fəna darində əhli-zövqilən qılgil səfa,Mülkü malü təxtü cah olmaz cahanda payidar.
Sayeyi-qəddində gərçi yer yüzü buldu şərəf,Sayibani-rüfətindən nöh fələk dutmuş qərar.
Gəlməmişdir sən təki aləmdə, ey sultani-hüsn,Sahibi-fəzlü kəmalü izzəti-baiftixar.
Arif isən qoymagil əldən həqiqət mənzilin,Aqil isən dünyəyi-ğəddarə vermə ixtiyar.
Nəzmi-əşarın Xətai, hər biri dürdanədir,Söyləgil ta şahların guşində olsun guşivar.