Bilmən ki, yar cövrü cəfa kimdən öyrənir?Eşqində bunca dərdü bəla kimdən öyrənir?
Aşiqlərinə cövrü sitəmdir işi müdam,Bəs bilmənəm ki, rəsmi-vəfa kimdən öyrənir?!
Bu xəstənin qapunda duadır işi müdam,Sor ol gədayə, munca dua kimdən öyrənir?
Ol ay yüzünü görməyə yer-göy bəha dedi,Yarəb ki, bu mətaə bəha kimdən öyrənir?
Cana, Xətai dünyada dərdin çəkər sənin,Könlünə sor ki, rəsmi-dəva kimdən öyrənir?