Bu qəmzə deyil, bəladır, ey dust,Bu xəndə deyil, cəfadır, ey dust.
Şəkər ləbin ağzıma söyərsə,Söymək deyil ol, duadır, ey dust.
Yer yüzi həvayi-qəddün ilə,Cənnət kimi xoşhəvadır, ey dust.
Dil mürşidinə xəyali-zülfin,Həm xirqəvü həm əsadır, ey dust.
Aşiq olalı sana Xətai,"Ba-la" ına mübtəladır, ey dust.