Bu surahi bir dilarami-pəri nisbətlidir,Şəkli bir məhbubi-şuxun peykəri nisbətlidir.
Oturur məclisdə bir zərrin külahi-simtən,Asılır zülfi-müsəlsəl ənbəri nisbətlidir.
Yoxsa, bir şəhzadeyi-zərrin kəmərdir, pürxütut,Ol kəmər üstə əliflər xəncəri nisbətlidir.
Təxti-simin üstə oturmuş Süleyman hökm üçün,Əldə bir zərrin əyağ əngüştəri nisbətlidir.
Hər tərəfdən görünür yüzündə yüzlü surəti,Filməsəl ayineyi-Iskəndəri nisbətlidir.
Sidqilən bel bağlamış, durmuş fütuhi rəzm üçün,Ğazilər yanında anun ləşgəri nisbətlidir.
Hövzi-cənnətdir cəvahirdən tökülmüş rövzədən,Səlsəbil içində abi-kövsəri nisbətlidir.
Yoxsa, doğmuş arədə bir afitabi-şəmi-bəzm,Çeşmi-mərdum anə hər su müştəri nisbətlidir.
Bəzl edər bəzmin Xətai abi-kövsərdən müdam,Şahi-mərdanə Əlinin Qənbəri nisbətlidir.