Arizində sünbülün ənbərfişan etmiş durur,Sanəsən kim, əqrəb ilə məhqıran etmiş durur.
Afərin, ol gül yanağlu dilbəri-rənayə kim,Hüsn bağında boyu sərvi-rəvan etmiş durur.
Zərrəmidir bilməzəm, yaxud dəhani dilbərin,Sün ilən bir mumudur, yaxud miyan etmiş durur.
Qaş ilən gözmidir ol rüxsarın üstə, ey sənəm,Yoxsa dövran fitneyi-axır zaman etmiş durur.
Ey Xətai, ahuyi-könlün şikar etməkliyə,Dəsti-qüdrət kim, səni əbru kəman etmiş durur.