Söz Bulaq loqosu

Şah İsmayıl Xətai

Qamətindən münfəildir sayeyi-sərvi bülənd

XVI əsrin qəzəlləri
Qamətindən münfəildir sayeyi-sərvi bülənd,Həsrətindən ər-əri-şümşad olubdur dərdmənd.
Arizin bağında zülfin tarinə bənd eylə, gəl,İstər isən naleyi-bülbüldən olmaq bəhrəmənd.
Sərbəsər bir tareyi-muyin bəhasidir sənin,Mülki-Təbrizü Ciğatayü Xorasanü Xocənd.
Ta ki, gəldi ey sənəm eşqin xəyalı başıma,Dünyəvü üqba qəmindən keçdimü oldum ləvənd.
Canımı eşqinə təslim eylədim ixlasilə,Ol pəri-peykər məni, yarəb nədən qılmaz pəsənd?
Dər biyabani-təhəyyür qalmışam bixurdu xab,Valehü sərkəştəvü heyranu zaru müstəmənd.
Bu Xətai ləblərin eşqində gər ah eyləyə,Ahinin suzindən olur xak ol kuhi-Səhənd.