Sən tək, ey gül, demə gül gülzarə gəlmiş, gəlməmiş,Şəhr ara hüsnüncə namə barə gəlmiş, gəlməmiş.
Dəmbədəm, ey gül bədən, şirin dəhən, şəhdü şəkər,Lə’li-ləbin ləhcəyi-göftarə gəlmiş, gəlməmiş.
Eylədim təhqiq kim qövsi-qaşın tək növnəhalHüsn bağində qədin rəftarə gəlmiş, gəlməmiş.
Demə kim üşşaq qanın tökməyə qəmzən kimiQatilü cəllad tək xunxarə gəlmiş, gəlməmiş.
Çün dəva yox eşq dərdinə nə fərq eylər təbib,Bu Vidadi xəstəyi-biçarə gəlmiş, gəlməmiş.