Söz Bulaq loqosu

Molla Vəli Vidadi

Ah-ah, ey çərxi-qəddar ah, ey bədruzigar!

Qəzəllər
Ah-ah, ey çərxi-qəddar, ah, ey bədruzigar,Künci-zülmətdə əcəb qoydun məni heyranü zar.
Yarı yox, dildarı yox, bir munisi, qəmxarı yox,Gözdə nəm, xatirdə qəm, heyrətdə hərdəm dilfikar.
Dəstü pa bəstə, bədən xəstə, şikəstə sərnigün,Çeşmi giryan, cismi büryan, müztərib can biqərar.
Getdi taqət, nazü rif’ət, qədrü hörmət payimal,Dərdi əfzun, əşk gülgün, bəxt gün-gün tirətar.
Neçə yüz daği-fəraq ilən Vidadi xəstəniTarmar etdin sən, ey gərduni-dun, ol tarimar!