Necə göz sən tək gözəl dünyada görmüş, görməmiş,Böylə məqbulü müzəlləf sadə görmüş, görməmiş.
Bavər etmən, ey mələklər sərvəri kim, bir bəşərSəncə bu xubluqdəvü simadə görmüş, görməmiş.
Sanma qılmış teyi-gülzari-çəmən bülbül-həzərQamətin tək sərvi-xoş azadə görmüş, görməmiş.
Ey gözüm saqi, xəyal etmə bu bəzmin rindəsiŞərbəti-lə’li ləbin tək badə görmüş, görməmiş.
Kimsə yox aləmdə mütləq bu Vidadi xəstə təkBir əsiri-dərdi-eşq iftadə görmüş, görməmiş.