Gərçi yüz min aləm içrə var yarından cüda,Heç kəs mən tək deyil pərvərdigarından cüda.
Dərdü möhnətlər xərab etmiş xəyalım xanəsin,Olmadı ayineyi-dil qəm-qübarından cüda.
Eyləmiş rövşən qəmər hicrə fəraq iftadəsinCümlə yarından cüda, həm külli-varından cüda.
Sorsa yar əhvali-dil gör bir necə söylər səba,Canü tən bitab, dil səbrü qərarından cüda.
Bir bəlakeş görmədim düşmüş Vidadi xəstə tək,Aşinavü həmdəmü həm dostü yarından cüda.