Yanar cismim bu gün atəşlərə canü cigərdən çox,Olubdur dil müşəvvəş, bilməzəm hansı xəbərdən çox.
Açılmaz taleim sübhü, olubdur tirə əyyamım,Salıbdır bəxtimi bu dideyi-dövran nəzərdən çox.
Görüb əhvalımı tə’n etmə, ey tənpərvəri-dövran,Həvayi-eşq ilə çox qissələr keçdi bu sərdən çox.
Demə, ey deyil, cahanda yox mənim tək dəhr pamalı,Nə vardır aləmi-möhnətdə sən tək dərbədərdən çox.
Nəsibin, ey Vidadi xəstə, təqdiri-qəzadəndir,Təhəmmül eylə, fikr et, görmə nöqsanın bəşərdən çox.