Ey badi-səba, məndən ol yarə salam eylə,Dərdü ələmim bildir dildarə, salam eylə.
Görsən üzün ol mahın, bas bağrına gərdun tək,Dön başına yalvarə-yalvarə salam eylə.
Key baği-behiştim, mən bir Adəmdim guya,Düşdüm səri-kuyindən avarə, salam eylə.
Dərdü qəmi-hicranın hər ləhzə hücumundanAxır ki, cigər oldu sədparə, salam eylə.
Gör xəstə Vidadinin daği-cigərin söyləOl lalə rüxə, çeşmi-bimarə salam eylə.