Söz Bulaq loqosu

Molla Vəli Vidadi

Yanan eşq atəşinə qəm yeməz ol nardən artıq

Şeir
Yanan eşq atəşinə qəm yeməz ol nardən artıq,Ki, yaxmaz nari-düzəx atəşi-rüxsardən artıq.
Mənə munca təvəhhüm çox verirsən ruzi-məhşərdən,Qiyamət varmı, ey vaiz, fəraqi-yardən artıq?
Ayağım kəsməzəm laf ursa min səg yar kuyində,Nə surət göstərir ol, surəti-əğyardən artıq.
Dirilmən dərdi-eşqü möhnəti-didarsız bir dəm,Olardır həmdəmim firqətdə yüz qəmxardən artıq.
Vüsali-yardən gər müddəi yüz müddəa eylər,Vidadi xəstənin könlündə yox didardən artıq.