Söz Bulaq loqosu

Molla Vəli Vidadi

Şəha, müddət cahanı mən də gəzdim, dərbədər gördüm

Şeir
Şəha, müddət cahanı mən də gəzdim, dərbədər gördüm,Tamaşa eylədim yaxşı-yamanı, xeyrü şər gördüm.
Görüb mərdümləri bitəcrübə, ey mərdüm, aldanma,Məhəksiz bilmək olmaz qəlbini, çox simü zər gördüm.
Səxavət olmayan kəsdə şücaət fe’li-nadirdir,Kərəmsiz kimsəni hər yerdə gördüm, bihünər gördüm.
Əkabirlərdə himmət, aşinalarda sədaqət yox,Vəfa kuyin dolandım, mütləqa yox bir bəşər gördüm.