Xeyli vaxtdır ayrılmışıq yar ilən,Gördük, amma tanışmadıq, ayrıldıq,
Qaldı canda gizli-gizli dərdimiz,Bircə kəlmə danışmadıq, ayrıldıq!
Qərib-qərib durduq biganələr tək,Soyuq-soyuq baxdıq divanələr tək.
Dönmədik başına pərvanələr tək,Eşq oduna yanışmadıq, ayrıldıq!
Yarım saat bir arada qalmadıq,Eşq atəşin canımıza salmadıq.
Yalvarıban yarın könlün almadıq,Elə getdi, barışmadıq, ayrıldıq!
O zaman ki, aşnalığı tərk etdik,Cüda düşdük, xeyli ciyər bərkitdik,
Aralıqdan könül quşun ürkütdük,Bir-birilə qonuşmadıq ayrıldıq!
Vaqif sevdi bir iqrarsız bivəfa,Bada getdi tamam çəkdiyi cəfa,
Görüşübən eyləmədik xoş səfa,Qucaqlaşıb, sarışmadıq ayrıldıq!