Ər libasın geyə hər rənglə zən, mərd olmaz,Mərd hərçənd ki, zən öldürə, namərd olmaz.
Gər rəfiqin ola bidərd, dəvasız dərddir,Əhli-dildən gələ min zəxm, o bir dərd olmaz.
Gəzsə gər əhli-təmə, dəhri, yüz il sail olub,Vaqifi-hikmət olub, mərdi-cahangərd olmaz.
Demə hər surətə bitəcrübə mərdüm göz ilə,Bərg hər növ ki, gülşəndə bitər vərd olmaz.
Qəm yemə, xəstə Vidadi, görüb ə’danı kəsir,Haqqa ixlas ilə meydanə girən fərd olmaz.