Verdi ağa mənə bir çuxa ki, min donə dəyər,Qeysəri-Rum geyən rəxti-humayinə dəyər,
Filməsəl, xələti-xaqani-Fridunə dəyər,Yaxası yaxa dolu lölöi məknunə dəyər,
Müxtəsər hər ətəyi bir ətək altunə dəyər.Çuxa çox görmüşəm, amma ki, bu babət, nə deyim,
Kimsədə görməmişəm – qabili-qamət nə deyim,Eləyibdir kişi bu işdə qiyamət nə deyim,
Göstərib dərzi bir əcazü kəramət, nə deyimKi, tamam kari-Ərəstuyü Fəlatunə dəyər.
Cənnət əsbabına, zahid, bu qədər müştərisən,Az danış, başım aparma, kişi, sən sərsərisən,
Kor deyilsən, hələ bir sil gözünü, bax bəri sən,Sündüsi-xüzrilə tut bu çuxeyi-əxməri sən,
Gör bunun hansı biri qiyməti-əfzunə dəyər.Belə kim, bu çuxadır zivəri-fərxəndəliqa,
Görməyib kimsə dəxi səlli-əla-ali-əba,Versin Allah bunu bəxş eyləyənə ömri-bəqa,
Ləffü nəşrində mürəttəb fərəhü zibü-səfa,Pəri-tovusda olan adəti-qanunə dəyər.
Gər mənə başdan ayağa verələr hülleyi-hur,İç üzü gün kimi zər katibi, içi səmmur,
Haqq bilir, bilməz idim zərrəcə mən nazü qürur,Əl verib könlümə indi o qədər zövqü sürur,
Cami-Cəmdə içilən badeyi-gülgunə dəyər.Var imiş məndə əcəb taleyi-xoş, bəxti-niku,
Bəxşi-ərzani olub eylə ki, gəldi mənə bu,Bundan iraq ola, yarəb, nəzəri-çeşmi-ədu,
Hər geyib durmağı bir dilbərilə rübəru,Baği-cənnətdə olan tubiyi-mövzunə dəyər.