Söz Bulaq loqosu

Molla Pənah Vaqif

Vəh, bu bağın nə əcəb sərvi dilaraları var

Şeirlər
Vəh, bu bağın nə əcəb sərvi dilaraları varHər tərəf tazə açılmış güli-rənaları var,
Qönçeyi-nərgisi-tər laleyi-həmraları var,Yəni Tiflisin əcəb dilbəri-zibaları var,
Ey könül, seyr elə kim, türfə tamaşaları var.Mərhəba, Tiflis imiş cənnəti dünya yerinin,
Yığılıbdır ona cəmiyyəti huri pərinin,Mən bu şəhrin nə deyim vəsfini dilbərlərinin,
Filməsəl, şəklü şəmayildə, bəli, hər birininMəhi-tabanə bərabər sərü simaları var.
Ol qədərdir büti-nazikbədənü incəmiyan,Eyləmək olmaz onun sanını məlumi əyan,
Hər biri nazü nəzakət ilə min afəti-can,Cümlə bir cilvədə, bir şivədə, xoş sərvi-rəvan,
Məst tavus kimi gərdəni – minaları var.Üzləri pərtövi-mehri-cahanara kimidir,
Səfheyi-sinələri simi-müsəffa kimidir,Ləzzəti-ləhcələri nitqi-məsiha kimidir,
Əlləri möcüzeyi-həzrəti-Musa kimidir,Dilrübalıqda əcayib yədi-beyzaları var.
Ala gözlər süzülüb nərgisi-sirabə dönüb,Ağ qabaqda xəmi-əbruləri mehrabə dönüb,
Qönçə tək ləblərinin rəngi meyi-nabə dönüb,Tökülüb gərdənə tellər ucu qüllabə dönüb,
Sona cıqqası kimi zülfi-mütərraları var.Nə qədər varisə buxaqü zənəxdanü yanaq,
Tazə gül yarpağı tək qırmızıdır nazikü ağ,Bir-birindən götürüb şöləsini misli-çirağ,
Görməyib kimsə belə qaşü gözü dişü dodaq,Özgə babət sifətü surətü əzaları var.