Söz Bulaq loqosu

Molla Pənah Vaqif

Qış günü çünki dönər şol cənnətül-məvayə kürk

Şeir
Qış günü çünki dönər şol cənnətül-məvayə kürk,Ol səbəbdən layiq olmuş firqeyi-mollayə kürk,
Görünür ədna əgərçi himməti-valayə kürk,Eylə ki, püşak olur fəsli-şita əzayə kürk,
Tən edər yüz faxiri-məlbuseyi-dibayə kürk!Kürk olan yerdə cahanın rəxti-əlvanı nədir?
Eşməkü zərdabə, bəkrəs çuxa, baranı nədir?Pəri-qunun döşəyi, yastığı, yorğanı nədir?
Gərmü nərm adamların qucağı, ya yanı nədir?Rövzeyi-rizvanda bənzər hülleyi-hurayə kürk!
Gün bu gündən belə istər hiç təfvir etməsin,Badü bərfin istəsə təbdilü təğyir etməsin,
Yazadək kimsə mənə otaq təmir etməsin,Sovuğun hər nə əlindən gəlsə, təqsir etməsin,
Oldu bir cövşən xədəngi-şiddəti-sərmayə kürk.Pusitini-bərrə ki, büzğalə vəxti filməsəl,
Eydi növruzi əyan etməkdədir bürci-Həməl,Dəxi sən lazım deyilsən, ey bahari-xoş əməl,
İstəməm şimdən geri xahi gəlmə, xahi gəl,Artırıbdır yəni asayiş qədi-balayə kürk.
Vaqifa, çox lütf qılmış həzrəti-sübhan sənə,Kürk irsal eyləmiş ol sahibi-Şirvan sənə.
Xaneyi-ehsanı abadan ki, verdi can sənə,Tutma kəm, kim çox kərəmdir həm əzimü şan sənə,

Fəxr qıl kim, padişahlardan gəlir paşayə kürk.