Sən piri-cəhandidəsən, ey Seyyidi-sərkar,Məndən çək əlin, eylə gilən pir ilə rəftar!
Olmaz sənə qismət dəxi bu dövləti-didar,Bundan sora hicrimdə ciyərqan olacaqsan!
Aşıq mənə bir mən kimi ziyba gərək olsun,Mail gülə bir bülbüli-şeyda gərək olsun.
Səndə bu işə səbrü şəkiba gərək olsun.Amma, bilirəm, səbr evi viran olacaqsan!