Söz Bulaq loqosu

Mirzə Ələkbər Sabir

Hörümçək və ipək qurdu

Şeirlər
Bir hörümçək özün çəkib durdu,Dedi fəxr ilə:-Ey ipək qurdu!
Nə xəsilətlə iş görürsən sən,Niyə bunca ağır hörürsən sən?!
Gəl mənim sənətimdə sürətimiGörüb iqrar qıl məharətimi.
İşə gircək tamamını hörürəm,Az zaman necə çox iş görürəm?!
Baxdı, güldü ona ipək qurdu,Sərzəniş etdi, tənələr vurdu.
Dedi:-Bərfərz olsa, hər yerdəToxuyarsan böyük, kiçik pərdə.
De görüm, onların nədir səməri?Bəlkə də hər kəsə çatır zərəri.
Leyk məndə yox isə də sürət,Yapdığım işdə var ağır qiymət.
Aləmə faidə verir karım,Hər kəs istər ola xəridarım.