- Sərmayeyi-irfanı nasıl kəsb edər insan?- Təhsili ülum ilə olur rütbeyi-irfan
- Elm isə olur hansı məkandan bizə vasil?- Məktəbdə kitab ilə olur səylə hasil.
- Ənvai-kütüb buldu nə mərkəzdə təzayid?- Ol mətbəədən aləmə bəxş etdi fəvayid.
- Kəşf oldu kimin sayeyi-səyində bu sənət?- Göstərdi Hotenberq bu sənətdə məharət.
- Kafi olub icrası üçün sərvəti barı?- Məfluk olub icrayə varınca bu şiarı!
- Yetdi necə bəs mövqeyi-ikmalə bu sənət?- Etdi iki sərvətli zəvat ilə şərarkət.
- Şirkətlə məgər boyləcə müşkül olur asan?- Şirkətdədir icrayi-əməl, nəfi-firavan.
- Etsək nə olur biz də belə şirkətə iqdam?- Sus, söylə bizə təfriqəni, ta edək əncam...