Zəhi, cəvahiri-ehsani-amə mə’dəni-xas,Düri-şəfa’ət üçün bəhri-rəhmətə qəvvas.
Yetib hüzurinə me’rac vəqti qılmışlar,Qəmər hüsuli-məasir, Süheyl kəsbi-xəvas.
Fələk həm ol gecə bulmuş səfa ki, sufi təkQərar tutmayıb, olmuş o bəzmdə rəqqas.
Rəhi-mütabi’ətindir təriqi-fövzü nəcat,Həvayi-mərhəmətindir ümidi-xeyrü xilas.
Təfaxür eylə, Füzuli kim, ondan özgə degilSana zəmanədə nəqşi-səhifeyi-ixlas.