Söz Bulaq loqosu

Məhəmməd Füzuli

Ol mah vüsalilə xoş et bir gecə halim

Qəzəllər
Ol mah vüsalilə xoş et bir gecə halim,Ey əxtəri-tale’ qoma boynunda vəbalim!
Fəryad ki, bər vermədi bidaddən özgə,Göz yaşı ilə bəslədigim türfə nihalim.
Sınmış müjə tək, xəlq gözündən axıdır yaş,Nəzzareyi-zə’fi-bədəni-muymisalim.
Ol şəm’ xəyalilə xoşam, ola ki, daim,Bu surət ilə cizginə fanusi-xəyalim.
Suzandır odumdan tənimə sancılan oxlar,Pərvanəyəm, ey şəm’, tutuşmuş pərü balim.
Saqi, qəmi-dövran ilə qayətdə məluləm,Bir cami-fərəhbəxş ilə dəf’ eylə məlalim.
Lütf eylə, Füzuli, mənim əhvalımı ərz etOl sərvə ki, söyləşməyə qalmadı məcalim.