Olur qəddim düta eşqin yolunda, hər bəla görcək,Təriq əhlinə adətdir təvazö, aşina görcək.
Nihan eşqimi mə’lum etsə aləm, dudi-ahimdən,Əcəb yox kim, gümani-gənc edər xəlq, əjdəha görcək.
Füzun olduqca eşqim gərm olur əşkim gözüm içrə,Əgərçi su bürudət kəsbini eylər həva görcək.
Oxun hər ləhzə kim, canım dələr, könlüm qılar əfğan,Be-eyni eylə kim, fəryad edər itlər, gəda görcək.
Rəvaci-nəqd nəqşi-sikkədəndir, nola qədr etsəMənə el, cismi-üryanımda nəqşi-buriya görcək.
Məni-dərvişə el həm cövr edər, sən cövr qıldıqca,Kim eylər zülm mən’in, padihaşım, sən rəva görcək?
Füzulini yaşur, ey zə’f, məhvəşlər cəfasındanKi, məhvəşlər qılırlar min cəfa, bir mübtəla görcək