Rəhrövi-irfanə bəsdir sağərü saqi dəlilKim, məhü xürşiddən bulmuş təmənnasın Xəlil.
Olsa iste’dadi-arif qabili-idraki-vəhy,Əmri-həq irsalına hər zərrədir bir Cəbrəil.
Hər kimin təqdirdən məqsudi öz qədrincədir,Əhli-eşq istər zülali-vəsl, zahid Səlsəbil.
Cənnətə zahid bilir can vermədən yetməz, vəli,Canə qımaz, öz təmənnasındadır miskin bəxil.
Ey qılan izhari-zillət, müjdeyi-izzət sənəKim, bu dərgəhdə müqərrərdir əziz olmaq zəlil.
Və’deyi-vəslin məni salmış xəyali-zülfünəKim, dilər tuli-əməl sərmayeyi-əmri-təvil.
Ey Füzuli, xublər zikri-cəmalilə xoşam,Şükr kim, kəsb etmişəm aləmdə bir zikri-cəmil.