Hiç sünbül sünbüli-zülfün kimi mişkin degil,Nafeyi-Çini saçın tək derlər, əmma çin degil.
Var gül bərgində həm əlhəq, nəzakət birlə rəng,Leyk, canpərvər ləbi-lə’lin kimi şirin degil.
Mehriban derlər səni əğyarə, lakin mən onaBavər etmən kim, sənə mehr eyləmək ayin degil.
Xublər mehrabi-əbrusinə qılmazsan sücud,Dinini döndərgil, ey zahid, ki, yaxşı din degil.
Ta Füzuli qamətü rüxsarına vermiş könül,Maili-sərvü həvaxahi-gülü nəsrin degil.