Süluki-fəqr ətvarım, məzaqi-eşq halımdır,Təcərrüd aləmi seyrində aləm payimalımdır.
Xəyalımda budur kim, bulmuşam aləmdə bir xilqət,Nə aləm, hansı xilqət, sandığm batil xəyalımdır.
Cünun feyzilə azad olmuşam qeydi-əlayiqdən,Kəmalü fəzl tərki, rütbeyi-fəzlü kəmalımdır.
Mənəm şəm’i-vüsalə yandıran pərvanəvəş varın,Fənayi-mütləqim canan ilə bəzmi-vüsalımdır.
Təbiba, qılmışam təşxis, dərdi-eşqdir dərdim,Əlamət ahi-sərdü ruyi-zərdü əşki-alımdır.
Həvadən mövcə gəlmiş bəhri-dərdəm, şahidi-halımDili-püriztirabü naleyi-bie’tidalımdır.
Füzuli, aləmi-fəqrü fənadə mün’imi-vəqtəm,Diyari-məskənət, nəqdi-qənaət mülkü malımdır.