Səbrim alıb fələk, mənə yüz min bəla verər,Az olsa bir məta’, ona el çox bəha verər.
Düşdüm bəlayi-eşqə, xirədməndi-əsr ikən,El şimdi məndən aldığ pəndi mana verər.
Sanmın əcəb, rütəb yerinə versə lə’li-tərNəxli ki, qan yaşım ona nəşvü nəma verər.
Xaki-dərindir ol ki, dünü gün səvab üçün,Həm ayə sürmə, həm günəşə tutiya verər.
Qılmaz qəbul surəti-iqbal bunca kim,Ayineyi-vücuduma cövrin cila verər.
Ney kimi cismim oldu oxundan dəlik-dəlik,Dəm urduğumca yerli-yerindən səda verər.
Hər dərdsizdən umma, Füzuli, dəvayi-dərd,Səbr eylə, kim ki, dərd veribdir, dəva verər.