Söz Bulaq loqosu

Məhəmməd Füzuli

Tökdükcə qanımı oxun, ol asitan içər

Qəzəllər
Tökdükcə qanımı oxun, ol asitan içər,Bir yerdəyəm əsir ki, toprağ qan içər.
Əhli-zəmanə qanına çox təşnədir zəmin,Qanın kimin tökərsə fələk, ol zəman içər.
Mey içmədən açılmaz imiş babi-məğfirət,Sövgəndlər bu babdə piri-müğan içər.
Üqbadə Kövsər istəməsin rindi-meykədə,Dünyadə bəs degilmi meyi-ərğəvan içər?
Qəmzən görünməyib gözə, qanlar içər müdam,Zahid kimi ki, badəni eldən nihan içər.
Meydən əgərçi tövbə verir el Füzuliyə,Ey sərv, sən qədəh sunar olsan, rəvan içər.