Sübh çəkmiş çərxə, çalmış daşə tiğin afitab,Zahir etmiş ol məhi-dəllakə eyni-intisab.
Dəmbədəm təhriki-tiğindən bulur başlar səfa,Öylə kim, su mövc urub zahir qılır hər dəm hübab.
Hər səri-muyimdə bir baş olsa muyi-sər kimi,Kəssə varın, tiği-xunrizindən etmən ictinab.
Kəşfi-əsrari-məlamət cövhəri-tiğindədirKim, alır başlardakı sevda cəmalından niqab.
Qüssəsindən başımın qıl kimi incəlmiş tənimKim, tənimlə tiği ortasında başimdir hicab.
Tiği-çapük seyrinə ahuyi-Çin dersəm nola,Seyr qıldıqca tökər səhrayi-Çinə mişki-nab.
Muyi-jülidəmlə tiğindən ümidim kəsməzəm,Ey Füzuli, xali olmaz bərqi-lame’dən səhab!