Sübh salıb mah rüxündən niqab,Çıx ki, təmaşayə çıxa afitab!
Rişteyi-canım yetər et bir gireh,Salma səri-zülfi-səmənsayə tab.
Məst çıxıb, salma nəzər hər yana,Görmə rəva kim, ola aləm xərab.
Kəsmə nəzər canibi-üşşaqdən,Naleyi-dilsuzdan et ictinab.
Şamlər əncüm sayıram sübhədək,Ey şəbi-hicrin mənə ruzi-hesab.
Duzəxə girməz sitəmindən yanan,Qabili-cənnət degil əhli-əzab.
Saldı ayaqdan qəmi-aləm məni,Ver mənə qəm dəf’inə, saqi, şərab!
Rəhm qıl üftadələrin halinə,Hiç gərəkməzmi sənə bir səvab?
Yar sual etsə ki, halın nədir,Xəstə Füzuli, nə verərsən cəvab?