Söz Bulaq loqosu

Məhəmməd Füzuli

Xəlqə xublardan vüsali-rahətəfzadır qərəz

Qəzəllər
Xəlqə xublardan vüsali-rahətəfzadır qərəz,Aşiqə ancaq təsərrüfsüz təmaşadır qərəz.
Zahida, tərk etmə şahidlər vüsali-rahətin,Gər ibadətdən həmin qilmanü huradır qərəz.
Hurü kövsərdən ki, derlər rövzeyi-rizvanda var,Saqiyi-gülçöhrəvü cami-müsəffadır qərəz.
Zövqsüz lazım çıxar dünyadan ol dünyapərəstKim, ona dünyadan ancaq zövqi-dünyadır qərəz.
Rahət olsaydı qərəz, dünyadə fəqr istərdi xəlq,Qaliba kim, xəlqə bir bihudə qovğadır qərəz.
Arif ol, sövdayi-eşq inkarın etmə, ey həkimKim, vücudi-xəlqdən ancaq bu sevdadır qərəz.
Qıl Füzuli, tərk ibrami-təkəllüm kim, yetər,Surəti-halın, gər izhari-təmənnadır qərəz.