Söz Bulaq loqosu

Məhəmməd Füzuli

Ey könül, ol xəncəri-müjganə eylərsən həvəs

Qəzəllər
Ey könül, ol xəncəri-müjganə eylərsən həvəs,Qəsdi-can etdin, bəqayi-ömrdən ümmidi kəs.
Çəkmə qürbət əzminə, ey sariban məhmil, saqınKim, bu yolda bimi-qürbətdəndir əfğani-cərəs.
Hali-zarimdən səni əfğanım agah eylədi,Şükrlillah, oldu fəryadım mənə fəryadrəs.
Bir-birinə bəs ki, sancıldı tənimdə oxlarım,Mürği-ruhum qeydinə oldu mürəttəb bir qəfəs.
Tə’neyi-əhli-məlamətdən nə nöqsan aşiqə,Bərqi-lame’ dəf’in eylərmi hücumi-xarü xəs?
Suzi-eşqin təndə nagəh bulmasın nöqsan deyib,Can çıxınca istərəm çıxmaya təndən bir nəfəs.
Ey Füzuli, mən qənaət mülkünün sultaniyəm,Səltənət isbatı əgnimdə pəlasi-fəqr bəs.