Söz Bulaq loqosu

Məhəmməd Füzuli

Cismimi yandırma, rəhm et yaşimə, ey bağrı daş

Qəzəllər
Cismimi yandırma, rəhm et yaşimə, ey bağrı daş!Ehtiyat et, yanmasın nagəh quru odunda yaş.
Xoş keçər nəzzareyi-hüsnünlə ömrüm, var ümidKim, edib məqbuli-dərgahın məni hüsni-məaş.
Tövfi-kuyində ayaqdan başə irmiş bir mədəd,Nola gər qəddim büküb hərdəm, ayağm olsa baş.
Fitnə yayın qurmağa atəşmi olmuş ehtiyacKim, urarsan aləmə atəş, çatıb peyvəstə qaş.
Ey hübabi-əşk, nayab et təni-üryanımıKim, bu rüsva pərdəmi çak etdi, sirrim qıldı faş.
Parə-parə könlümün suzi-dərunə tabı yox,Göz yolundan qətrə-qətrə qan olub, çıxsaydı kaş.
Ey Füzuli, qərqi-xunab etdi göz mərdümlərin,Görəyim qüllabi-müjganə urulsun qanlı yaş.