Söz Bulaq loqosu

Məhəmməd Füzuli

Qaliba bir əhli-dil toprağidir dürdi-şərab

Qəzəllər
Qaliba bir əhli-dil toprağidir dürdi-şərabKim, qılıb hörmət, binalər dutmuş üstündə hübab.
Bərqü baran sanma kim, gördükdə ahü əşkimi,Bilməzəm nəmdir mənim, ağılar mənə, yanar səhab.
Ey soran halım, bu istiğına sualindən nə sud;Halım eylərsən sual, əmma eşitməzsən cəvab.
Dəşti-qəmdə xaki-qəbrim üzrə sərvi-girdbadÇəksə baş, ol sərvdən su kəsmə, ey seyli-sərab.
Yetməyib vəslinə sən Leylivəşin, bir ömrdürMən kimi Məcnun olub səhrayə düşmüş afitab.
Ol büt əbrusin qoyub mehrabə döndərmən üzüm,Qoy məni, zahid, mana çox vermə Tanriçün əzab.
Nəqdi-ömrün bir sənəm eşqində sərf etdin təmam,Ey Füzuli, ah, əgər səndən sorulsa bu hesab!