Olmaz oldu görüb əhvalımı el xublara aşiq,Eşq nəhyində bu rüsvalığ gör şər’ə müvafiq.
Gəlir olsan, qılaram fərşi-rəhin pərdeyi-çeşm,Dəxi nəm var, əzizim, gözə qarşı sənə layiq?
Gülüb açılmaq umulmaz dəhənindən, məgər oldur,Cüzv kim, ləyatəcəzza1 der ona əhli-dəqayiq.
Bağrımın parələrin gözlərin asmış müjələrdən,Mərdümi-guşənişin, qandanü qandan bu əlayiq?
Gecələr şəm’ yanar, əşk tökər sübh gəlincə,Can verir sübh gələn dəmdə, zəhi aşiqi-sadiq.
Sibqət etmişdi cigər qanı, gözüm yaşına bir dəm,Eşq hökm etdi, yenə cari ola adəti-sabiq.
Ey Füzuli, özünü guşənişin et xümi-mey tək,Ola nagəh olasan kaşifi-əsrari-həqayiq.