Söz Bulaq loqosu

Məhəmməd Füzuli

Ey navəki-şövqin sipəri-sineyi-əhbab

Qəzəllər
Ey navəki-şövqin sipəri-sineyi-əhbab,Zülfün xəmi ərbabi-vəfa seydinə qüllab!
Mehrabdə şəkli-xəmi-əbruyi-lətifin,Vacib bu cəhətdən qamuya səcdeyi-mehrab.
Suzim der idim şəm’ sana eyləyə rövşən,Nəzzareyi-rüxsarına yox şəm’də həm tab.
Xurşid cəmalından ol ay saldı niqabın,Sübh oldu, dur ey bəxt, nədir munca şəkərxab?
Dün sübh yetirdim fələkə mövci-sirişkim,Qərq etdi fələk üzrə olan əncümü girdab.
Saqi məgər ol lə’l sözün der meyi-nabəKim, düşdü əyağinə, əlin öpdü meyi-nab?!
Cəm’iyyəti-əsbabə könül vermə, FüzuliKim, təfriqədir xatirə cəm’iyyəti-əsbab