Söz Bulaq loqosu

Məhəmməd Füzuli

Ey olub merac bürhani-ülüvvi-şan sana

Qəzəllər
Ey olub me’rac bürhani-ülüvvi-şan sana!Yerə enmiş göydən istiqbal edib Fürqan sana.
Heyni-də’vayi-nübüvvət müddəi ilzaminə,Cahil ikən el, kəmali-elm bəs bürhan sana.
Kilki-hökmün çəkdi hərfi-sairi-ədyanə xət,Hökm isbat etdi nəfyi-sairi-ədyan sana.
Baqiyi mö’cüz nə hacət əmri-həq isbatinə,Aləm içrə mö’cüzi-baqi yetər qur’an sana.
Vəsf Cibrili-əmin etmiş qəbuli-xidmətin,Sirri-Həq kəşfinə ayətlə yetib fərman sana.
Sənsən ol xatəm ki, dəf’ etmiş təmami-hakimi,Xatəmi-hökmi-risalət tapşırıb dövran sana.
Ol qədər zövqi-şəfa’ət cövhəri-zatındadırKim, gəlir ərzi-xəta mə’nidə bir ehsan sana.
Mahi-növdür, yoxsa sən etdikdə seyri-asiman,Qaldırıb barmaq gətirmiş asiman iman sana.
Ya nəbi, lütfün Füzulidən kəm etmə ol zamanKim, olur təslim miftahi-dəri-ğüfran sana.