Ey qübari-qədəmin ərşi-bərin başinə tac,Şərəfi-zatinə ədnayi-məratib me’rac.
Müntəha şər’inə ədyani-təmamiyyi-rüsul,Bəhrsən, sairi-ərbabi-risalət əmvac.
Xazini-gənci-şəfaət səni qılmış iyzəd,Hiç kim yox ki, sənə olmaya axir möhtac.
Sünnətin məğfirət əsbabinə minhaci-hüsul,Ta’ətin mə’siyət əmrazinə tədbiri-ilac…
Xəlqə təqlidi-sülukin səbəbi-hüsni-məaş,Mülkə təğyiri-təriqin əsəri-sui-mizac.
Qaim olmazdı nizamü nəsəqi-əsli-vücud,Verməsəydin əsəri-ədl ilə dünyayə rəvac.
Şükr-lillah ki, Füzulini edib daxili-feyz,Rəğıbətin daireyi-xovfdən etmiş ixrac.