Söz Bulaq loqosu

Məhəmməd Füzuli

Gərmdir şamü səhər mehrinlə çərxi-lacivərd

Qəzəllər
Gərmdir şamü səhər mehrinlə çərxi-lacivərd,Gəh sirişki-al edər izharü gəh rüxsari-zərd.
Sübhə bənzər aşiqi-sadiq, demən aləmdə kim,Bir nəfəs keçməz ki, çəkməz suzi-dildən ahi-sərd.
Yaxşı sanma, ey könül, əhli-xirəd ətvarını,Olma qafil, eşq dərdindən, yaman olmaz bu dərd.
Mümkün olduqca fələk mənsubəsindən qıl həzər,Nişə kim, xali degil bidad nəqşindən bu nərd.
Zülməti-qəm iztirabin çəkməz ol azadə kim,Hər təəllüqdən ola xurşid tək aləmdə fərd.
Ey Füzuli, kəsmə ol məhvəş vüsalindən ümid,Səbr qıl kim, dövr dövranı degil bihudəgərd.